Tərtər rayonu Qapanlı kəndində böyük coşqu ilə Novruz bayramı qeyd olunub.


“ARHD.AZ” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Anar Məmmədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə sədrləri, mədəniyyət işçiləri, kənd ağsaqqalları və sakinlər iştirak ediblər.


Tədbirdə çıxış edənlər kənd sakinlərini bayram münasibətilə təbrik edərək, hər kəsə sağlamlıq, bol ruzi və bərəkət arzulayıb, bayramın tarixi əhəmiyyətindən, dövlətimizin milli adət-ənənələrimizə verdiyi yüksək önəmdən bəhs edib və bütün kənd sakinlərinə xoş arzularını çatdırıblar.


Kəndin mərkəzi meydanı bayram əhval-ruhiyyəsində xüsusi zövqlə bəzədilib. El ağsaqqalı Dədə Qorqud gəlişi ilə məclisi nurlandırıb, öz xeyir-duasını verib. Ardınca atlıların meydana daxil olması bayram təntənəsini daha da artırıb. Daha alovlandırılan bayram tonqalı hər yanı nura boyayıb.

 

Baxış sayı: 3 114

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə