“ötən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik. bu gün azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir”.
“arhd.media” xəbər verir ki, bunu baş nazir əli əsədov milli məclisin bu gün keçirilən plenar iclasında nazirlər kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı bildirib.
xəbəri rus dilində oxuyun: оборонный экспорт азербайджана охватил почти 20 стран
“mövcud geosiyasi şərait nəzərə alınaraq, əldə olunmuş nəticələrin qorunmasına, o cümlədən təhlükəsizliyin möhkəmləndirilməsinə, müdafiə qabiliyyətinin artırılmasına, sərhədlərin toxunulmazlığına, milli maraqların müdafiəsinə bundan sonra da ardıcıl diqqətin göstərilməsi olduqca mühüm əhəmiyyət kəsb edir”, - baş nazir qeyd edib.
əli əsədov əlavə edib ki, 2026-cı ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır: “2025-ci ildə 69.2 min hektar, ümumilikdə isə 2020-ci ildən azad edilmiş ərazilərdə 249 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, ümumilikdə tapıntıların sayı 237 min ədəd təşkil edib”.





















