bu gün rusiya prezidenti vladimir putin azərbaycan prezidenti ilham əliyevə zəng edib.


“arhd.media” xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.


vladimir putin rusiya vətəndaşlarının iran islam respublikasından təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin irana göndərdiyi humanitar yardımın azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib.


telefon söhbəti zamanı liderlər yaxın şərqdə hərbi əməliyyatların tezliklə dayandırılmasının və münaqişənin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.


dövlət başçıları ikitərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər. strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq azərbaycanla rusiya arasında qarşılıqlı fəaliyyətin müxtəlif sahələrdə gələcək inkişafında qarşılıqlı niyyət təsdiqlənib.

Baxış sayı: 3 184

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə