azərbaycan ilə iran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) 2026-cı il 9 mart saat 10:00-dan etibarən bərpa olunur.
“arhd.media” xəbər verir ki, bu haqda azərbaycan respublikası nazirlər kabineti məlumat yayıb.
qeyd edək ki, azərbaycan-iran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qərar 5 martda qəbul edilmişdi.






















