ötən gün iranın naxçıvana dron hücumundan sonra təhlükəsizlik şurasının iclasını keçirən prezident ilham əliyev silahlı qüvvələrimizin istənilən əməliyyatı keçirməyə hazır olmalı olduğunu vurğulayıb.
“bizim silahlı qüvvələrimiz - müdafiə nazirliyi, dövlət sərhəd xidməti, digər bütün xüsusi təyinatlı qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar”, - azərbaycan lideri qeyd edib.
“arhd.media” xəbər verir ki, müdafiə nazirliyinin sosial şəbəkə hesabında 1 nömrəli səfərbərlik hərbi termininin izahı qeyd olunub.
“1 nömrəli səfərbərlik – silahlı qüvvələr tam döyüş hazırlığına gətirilir, ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilir, hərbi hissələr döyüş mövqelərinə və ya təyin olunmuş ərazilərə çıxarılır”, - paylaşımda bildirilib.






















