türkiyənin xarici işlər nazirliyi bölgədə baş verən son hadisələrlə bağlı açıqlama verərək, tərəfləri dərhal hücumları dayandırmağa çağırıb.
“arhd.media”ın xəbərinə görə, bəyanatda qeyd olunur ki, israil və abş-nin irana hücumu ilə başlayan və iranın üçüncü ölkələri hədəf alması ilə davam edən hadisələr həm regional gələcək, həm də qlobal sabitlik üçün ciddi risklər yaradır.
“beynəlxalq hüquqa zidd olan və günahsız mülki şəxslərin həyatını təhlükəyə atan hərəkətlərdən dərin narahatlıq duyuruq. zorakılığı artıracaq hər hansı təxribatları qınayırıq. tərəfləri hücumlara dərhal son qoymağa çağırırıq. bölgədəki məsələlər yalnız sülh yolu ilə həll olunmalıdır. türkiyə vasitəçilik mövzusunda hər zaman dəstək verməyə hazırdır”, – deyə nazirliyin bəyanatında vurğulanıb.
açıqlamada qeyd edilib ki, əlaqədar ölkələrdə yaşayan türkiyə vətəndaşlarının təhlükəsizliyi prioritet olaraq qalır və bu istiqamətdə bütün zəruri tədbirlər görülür.























