isveçrə fevralın 26-dan etibarən avropa ittifaqının (ai) rusiyaya qarşı 19-cu sanksiyalar paketinin bütün tədbirlərinə əməl edəcək.
“arhd.media” xəbər verir ki, bu haqda isveçrə hökuməti məlumat yayıb.
“25 fevral 2026-cı ildə federal şura avropa ittifaqının rusiyaya qarşı 19-cu sanksiya paketinin əlavə tədbirlərini qəbul etmək barədə qərar qəbul edib. yeni tədbirlər 26 fevral 2026-cı ildə qüvvəyə minəcək”, - isveçrə hökumətinin bəyanatında deyilir.
qeyd edilib ki, isveçrə federal şurası ai-də akkreditə olunmuş rusiyalı diplomatlar üçün onların tranzit və ölkəyə girişi ilə bağlı hesabat tələbi tətbiq edib.























