hər il olduğu kimi, bu il də ramazan ayının başlaması ilə bağlı dəqiq vaxt islam dünyasında fikir ayrılıqlarına səbəb olub.
“arhd.media” xəbər verir ki, müqəddəs ay müxtəlif ölkələrdə iki fərqli tarixdə başlayır.
belə ki, səudiyyə ərəbistanı, qətər, birləşmiş ərəb əmirlikləri, yəmən, fələstin, bəhreyn, küveyt, iraq, livan, somali və sudanda dünən axşam yeni ayın görünməsi ilə bu gün, fevralın 18-i ramazan ayının ilk günü elan olunub.
azərbaycan da daxil olmaqla, bir çox digər ölkələrdə isə ramazan ayı sabah, fevralın 19-u başlayacaq. belə ki, türkiyə, suriya, iordaniya, misir, tunis, əlcəzair, qazaxıstan, qırğızıstan, özbəkistan, sinqapur, malayziya, bruney, filippin, indoneziya və oman artıq ramazan ayının fevralın 19-da başlayacağını elan ediblər.
iranda da eyni tarix oruc tutulması üçün təxmini gün olaraq elan edilib.























