birinci vitse-prezident mehriban əliyevanın emin hüseynova: “qadın paltarı geyinib səfirlikdə gizlənən siz idiniz?” - sualı geniş rezonans doğurmaqla yanaşı, 10 il bundan əvvəl baş vermiş hadisələrin indiyə kimi açıqlanmayan təfərrüatlarına ictimai tələbat olduğunu aydın göstərdi.
artıq bu məsələnin bəzi detalları barədə məlumat vermişdik.
qeyd edilmişdi ki, 2014-cü il avqustun əvvəlində vergidən yayınmaqda ittiham edilən e.hüseynov rəhbərlik etdiyi reportyorların azadlığı və təhlükəsizliyi institutunun (rati) ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra abş səfirliyinə gedir və orada gizlənməyə cəhd göstərir. ancaq səfirlik sülh korpusunun təmsilçisi sarah polsvordla formal nikahda olan eminin xahişinə müsbət cavab vermir.
“arhd.media” xəbər verir ki, məsələ ilə bağlı yeni təfərrüatlar ondan ibarətdir ki, amerikalılar emini öz səfirliklərində saxlamağa risk etməyiblər və bu məqsədlə əvvəlcə polşanın azərbaycandakı səfirliyindən istifadə etməyə çalışıblar.
lakin polyaklar bu avantüraya getməyiblər.
sonra başqa variantlar axtaran amerikalılar nəticədə seçimlərini isveçrənin azərbaycandakı səfirliyinin üzərində saxlayıblar.
səfirliyə tapşırıq birbaşa berndən gəlib. səfir paskal obişer o zaman məzuniyyətdə olsa da, bundan imtina etməyə cəsarəti çatmayıb.
məlumata görə, emin xarici görkəmini tam dəyişib, saçını rəngləyib, qadın paltarı geyinib. o, hətta, adamların onu tanıyıb-tanımamasını yoxlamaq üçün bu formada küçəyə də çıxıb.
nəhayət, avqustun 18-də azərbaycanlı tanışı qadın libasında olan və ingiliscə danışan emini isveçrə səfirliyi yaxınlığında maşından düşürüb və o, səfirliyə daxil olmağı bacarıb.
artıq səfirliyə daxil olandan sonra ona binanın 3-cü mərtəbəsində otaq veriblər. avropa oyunları başlayana qədər elə həmin otaqda da qalıb.
məlumata görə, onun yeməyi-içməyi yüksək səviyyədə təşkil olunub, hətta çörək belə “brothause”dan alınıb.
bundan başqa, emin üçün hər gün bazarlıq edilib, o, hər şeylə təmin olunub. iş o yerə çatıb ki, eminə görə isveçrədən bir neçə nəfər mühafizəçi də gətiriblər. amma təkcə mühafizəçi yox, onun fizioloji tələbatlarını ödəmək üçün isveçrədən qız belə gətiriblər.
dərmanlar əvvəl ancaq alman aptekindən alınıb, amma sonra isveçrədən gətirilib. kənardan yemək sifariş olunmayıb, eminin yeməyi elə səfirlikdə bişirilib.
isveçrəlilər həmin vaxt almaniyada olan arvadı sara polsvordla telefon danışıqlarını təşkil ediblər.
yekunda isveçrə hökuməti eminin təxminən 200.000 azn məbləğində vergi borcunu ödəyib. emin isə azərbaycan vətəndaşlığından imtina edərək isveçrə hökuməti qarşısında öhdəlik götürüb ki, siyasi fəaliyyətlə məşğul olmayacaq.
beləcə, gizlənmək üçün dondan-dona girən emin hüseynov isveçrə səfirliyində təxminən 10 ay qalır. 2015-ci ilin 13 iyununda isə azərbaycan hökuməti ilə aparılan danışıqlardan sonra isveçrə xarici işlər nazirliyinin yüksəkrütbəli diplomatının müşayiəti ilə bu ölkəyə uçur.
bir müddət sonra isə isveçrənin səfiri paskal obişer belarusa müvəqqəti işlər vəkili göndərilir.























