israil ordusu iran sakinlərinə kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etmək üçün nə etməli olduqlarını bildirib.
“arhd.media” xəbər verir ki, israil müdafiə qüvvələrinin (idf) sözçüsü iranlıları rəsmi sosial media hesabları vasitəsilə israil ordusu və ya “mossad” ilə əlaqə saxlamağa çağırıb.
“biz iran xalqından xahiş edirik ki, bizimlə yalnız rəsmi kommunikasiya kanallarımız vasitəsilə əlaqə saxlasınlar və əməkdaşlığı müzakirə etsinlər”, - açıqlamada deyilir.























