qafqaz müsəlmanları idarəsinin (qmi) sədri şeyxülislam allahşükür paşazadə ötən gün vatikanda müqəddəs taxt-tacın və katolik kilsəsinin başçısı roma papası xiv leo ilə görüşüb.
bu barədə “arhd.media”a idarədən məlumat verilib.
bildirilib ki, pontifikin şəxsi dəvəti ilə baş tutan audiensiyada şeyxülislam a. paşazadə və azərbaycandakı dini konfessiya rəhbərləri – roma katolik kilsəsinin azərbaycandakı apostol prefekturasının ordinarisi yepiskop vladimir fekete, azərbaycandakı dağ yəhudiləri icmasının rəhbəri milix yevdayev, alban-udi xristian dini icmasının sədri robert mobili, sefarad yəhudiləri bakı dini icmasının rəhbəri zamir isayev iştirak ediblər.
papa xiv leo azərbaycandakı dini konfessiyaların birlikdə vatikana səfərini sülh, insan qardaşlığı mühitində birgəyaşayışın mümkünlüyünün ən gözəl nümunəsi olaraq yüksək dəyərləndirib.



























