omanın paytaxtı məsqət şəhərində abş və iran arasında nüvə danışıqlarına start verilib.
“arhd.media” xəbər verir ki, bu barədə iranın “mehr” agentliyi məlumat yayıb.
omanın vasitəçiliyi ilə baş tutan danışıqlarda iran nümayəndə heyətinə ölkənin xarici işlər naziri abbas araqçı, abş nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi steven uitkoff rəhbərlik edir.
***
omanda iran və abş arasında danışıqlar başa çatıb.
yerli mənbələrin məlumatına görə, danışıqlar zamanı nüvə sənədlərinin mübadiləsi, həmçinin gələcək danışıqlar üçün “qırmızı xətlər” müzakirə edilib.
omanın xarici işlər naziri bədr əl-busəidi abş və iran nümayəndə heyətləri ilə ayrı-ayrılıqda məsləhətləşmələr keçirib.























