birləşmiş ərəb əmirliklərinin (bəə) əbu-dabi şəhərində abş-nin vasitəçiliyi ilə rusiya və ukrayna arasında danışıqların ikinci raundunun ikinci gününə start verilib.
“arhd.media” unian-a istinadən xəbər verir ki, bu barədə ukrayna milli təhlükəsizlik və müdafiə şurasının rəhbəri rustem umerov sosial şəbəkə hesabında məlumat yayıb.
“dünənki formatlarla işləyirik: üçtərəfli məsləhətləşmələr, qruplarda iş və mövqelərin daha da sinxronlaşdırılması. nəticələr sonra olacaq”, - paylaşımda deyilir.
***
əbu-dabidə keçirilən üçtərəfli sülh danışıqları başa çatıb.






















