bakı, 11 fevral, arhd.media
“konstitusiya və suverenlik ili” ilə bağlı tədbirlər planı təsdiqlənib – sərəncam
prezident ilham əliyev azərbaycan respublikasında 2025-ci ilin “konstitusiya və suverenlik ili” elan edilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
arhd.media xəbər verir ki, sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti azərbaycan respublikası prezidentinin administrasiyası həyata keçirəcək. eyni zamanda, nazirlər kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.






















