azərbaycan xarici işlər naziri ceyhun bayramov pekində çinli həmkarı van i ilə görüşüb.
“arhd.media” xəbər verir ki, bu barədə xin-in “x” hesabında paylaşım edilib.
bildirilib ki, c.bayramovun səfəri azərbaycan-çin arasında hərtərəfli strateji tərəfdaşlığın güclü dinamikasını, eləcə də siyasi dialoqun və əməkdaşlığın daha da dərinləşdirilməsinə olan ortaq sadiqliyi əks etdirir.























