“körfəz ölkələri abş prezidenti donald trampın administrasiyasını irana mümkün hərbi müdaxilədən imtina etməyə razı salmağa çalışır”.


arhd.media -ın məlumatına görə, bu barədə “wall street journal” (wsj) qəzetinin adının açıqlanmasını istəməyən mənbələrə istinadən yaydığı xəbərdə deyilir.


məlumata əsasən, bu səylərə səudiyyə ərəbistanı rəhbərlik edir. körfəz ölkələrinin rəsmiləri bildiriblər ki, səudiyyə ərəbistanı, oman və qətər vaşinqtona iranla mümkün qarşıdurmanın qlobal neft bazarlarında ciddi sarsıntılara səbəb ola biləcəyi və nəticə etibarilə abş iqtisadiyyatına da zərər dəyəcəyi barədə xəbərdarlıq edir.


bundan başqa, körfəz ölkələri mümkün hücumların hörmüz boğazından keçən neft tankerlərinin hərəkətinə mane ola biləcəyindən və regionda sabitliyin pozulacağından narahatdırlar.


səudiyyəli rəsmilərin bildirdiyinə görə, riyad irana qarşı hər hansı münaqişədə iştirak etməyəcəyinə və abş-nin hava məkanından hücum məqsədilə istifadəsinə icazə verməyəcəyinə dair təminat verib.


ağ ev rəsmilərinin açıqlamasına görə, prezident tramp iranla bağlı atılacaq addımlar barədə hələ yekun qərar verməyib. onun bu məsələni müşavirləri ilə müzakirə etdiyi və müxtəlif variantları dəyərləndirdiyi bildirilir.


bildirilir ki, müzakirə olunan variantlar arasında irana məxsus obyektlərə zərbələr endirilməsi, kiberhücumlar, yeni sanksiyaların tətbiqi və rejim əleyhinə sosial media hesablarının dəstəklənməsi də yer alır.


qeyd edək ki, 2025-ci il dekabrın 28-də iranın milli valyutasının kəskin dəyər itirməsi və iqtisadi problemlər səbəbindən tehranın böyük bazarı ərazisində başlayan etiraz aksiyaları ölkənin bir çox şəhərinə yayılıb.


iran insan hüquqları aktivistləri xəbər agentliyinin (hrana) son hesabatına görə, etirazlar zamanı ölənlərin sayı 147 təhlükəsizlik əməkdaşı və 2 403 etirazçı olmaqla, ümumilikdə 2 550 nəfərə çatıb.


iran hakimiyyəti etirazlar zamanı ölən və yaralananlarla bağlı hələlik rəsmi açıqlama verməyib.

Baxış sayı: 3 155

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə