dövlət sərhəd xidmətinin (dsx) sahil mühafizəsinin sabiq şöbə rəisi polkovnik-leytenant zaur gülməmmədov saxlanılıb.
“arhd.media”ın əldə etdiyi məlumata görə, z. gülməmmədova qarşı baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən cinayət işi başlanılıb.
polkovnik-leytenant 4 ay əvvəl vəzifəsindən azad edilərək təqaüdə göndərilib. o, işlədiyi müddətdə yol verdiyi qanunsuzluqlarla bağlı ittiham olunur.






















