abş-nin venesuelaya müdaxiləsindən və prezident nikolas maduro ilə həyat yoldaşının tutulmasından sonra venesuela müdafiə şurası fövqəladə iclas keçirib.
arhd.media xəbər verir ki, iclasda çıxış edən vitse-prezident delsi rodrigez abş-dən prezident maduronun dərhal azad edilməsini tələb edib.
rodrigez ölkədə sakitliyin qorunmasına və milli müdafiənin gücləndirilməsinə çağırış edib.
“venesuela heç bir ölkənin müstəmləkəsi olmayacaq”, - deyən rodrigez nikolas maduronu ölkənin yeganə qanuni prezidenti kimi təqdim edib.
o, abş administrasiyasını beynəlxalq hüququ pozmaqda ittiham edib:
“venesuelaya qarşı edilənlər tarix və ədalət qarşısında cavabsız qalmayacaq”.
rodrigez ölkədə vəziyyətin hazırda nəzarət altında olduğunu və bu sabitliyin qorunacağını vurğulayıb.





















