azərbaycan xarici işlər nazirliyi (xin) isveçrənin kran-montana kurortunda baş vermiş faciəvi yanğınla bağlı başsağlığı verib.
arhd.media xəbər verir ki, bu barədə nazirliyin “x” sosial media hesabında paylaşım edilib:
“kran-montanadakı faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirdi, bu hadisə bir çox insanın həyatına son qoydu və xəsarətlərə səbəb oldu. qurbanların ailələrinə və isveçrə xalqına səmimi başsağlığı verir, dərin hüznümüzü bildiririk. sevdiklərini itirənlərin yanında olduğumuzu bildirir, yaralananlara isə tezliklə sağalmağı arzulayırıq”.
xatırladaq ki, yanvarın 1-də alp dağlarındakı kran-montana xizək kurortunda yerləşən “le constellation” adlı barda güclü partlayış və yanğın baş verib. hadisə nəticəsində təxminən 40 nəfər həlak olub, 100 nəfər isə xəsarət alıb.





















