tovuz gömrük idarəsinin rəisi təqaüdə göndərilib.
arhd.media “unikal”a istinadən xəbər verir ki, bununla bağlı dövlət gömrük komitəsinin sədri, gömrük xidməti general-leytenantı şahin bağırov əmr imzalayıb.
əmrə əsasən, dövlət gömrük komitəsinin tovuz gömrük idarəsinin rəisi, gömrük xidməti polkovniki pərviz paşa oğlu qədirov yaş həddi ilə bağlı təqaüdə gedib.
onun yerinə hələlik təyinat olmayıb.






















