azərbaycan həmkarlar ittifaqları konfederasiyasının (ahik) viii qurultayı keçirilib.


arhd.media  xəbər verir ki, əvvəlcə qurultay iştirakçıları fəxri xiyabanda ümummilli lider heydər əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edərək önünə əklil və gül dəstələri qoyublar.


daha sonra qurultay işinə başlayıb.


azərbaycan respublikası prezidentinin köməkçisi - azərbaycan respublikası prezidentinin administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri şahmar mövsümov prezident ilham əliyevin qurultay iştirakçılarına salamlama məktubunu oxuyub.


reqlamentə uyğun olaraq, qurultayın rəyasət heyəti, mandat, redaksiya və hesablayıcı komissiyalarının tərkibi və katiblik seçilib, gündəlik təsdiqlənib.


müzakirələrdən sonra ahik-in qurultaylararası dövr üzrə və təftiş komissiyasının hesabatları, eləcə də yeni nizamnaməsi təsdiq olunub, gələcək fəaliyyət istiqamətləri müəyyən edilib. bununla da ahik-in viii qurultayı işini başa çatdırıb.

Baxış sayı: 3 751

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə