xəbər verdiyimiz kimi, prezident ilham əliyevin bu gün imzaladığı sərəncamla fövqəladə hallar nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.


arhd.media-ın  məlumatına görə, “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilən daxili xidmət polkovniki vaqif tofiq oğlu ibrahimov dövlət yanğın nəzarəti xidmətinin rəisidir. o, lənkəran və ağdaşın sabiq icra başçısı tofiq ibrahimovun oğludur.

 

“general-mayor” ali hərbi rütbəsi verilən polkovnik fərhad nəriman oğlu səmədov isə fhn-in baş hərbi ekspertidir. o, daha əvvəl fhn-in mülki müdafiə işinin təşkili baş idarəsinin mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.

 

“general-mayor” olan polkovnik seymur taleh oğlu qaraşov isə nazirliyin daxili təhlükəsizlik baş idarəsinin rəisidir. o, lənkəran şəhər icra hakimiyyətinin başçısı taleh qaraşovun oğludur.

 

“general-leytenant” ali hərbi rütbəsi verilən general-mayor adil ələsgər oğlu abdullayev isə fövqəladə hallar nazirinin müavinidir. o, nazir müavini olmazdan əvvəl fhn-in böhran vəziyyətlərində idarəetmə mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

 

Baxış sayı: 3 249

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə