azərbaycan respublikası hökuməti ilə moldova respublikası hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş təsdiqlənib.
arhd.media president.az-a istinadən xəbər verir ki, bununla bağlı prezident ilham əliyev müvafiq qanunu imzalayıb.
qeyd edək ki, saziş 2025-ci il sentyabrın 19-da bakı şəhərində imzalanıb.























