prezident ilham əliyev azərbaycanla qazaxıstan arasında imzalanmış dörd sənədi təsdiqləyib.


arhd.media  president.az-a istinadən xəbər verir ki, bununla bağlı dövlət başçısı müvafiq qanununla imzalayıb.


sənədə əsasən,


- azərbaycan respublikasının daxili işlər nazirliyi ilə qazaxıstan respublikasının daxili işlər nazirliyi arasında əməkdaşlıq haqqında saziş;


- azərbaycan respublikasının dövlət statistika komitəsi ilə qazaxıstan respublikasının strateji planlaşdırma və islahatlar agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu;


- azərbaycan respublikası hökuməti ilə qazaxıstan respublikası hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında saziş;


- azərbaycan respublikası hökuməti ilə qazaxıstan respublikası hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında saziş təsdiq olunub.


qeyd edək ki, sənədlər 2025-ci il oktyabrın 21-də astana şəhərində imzalanıb.

Baxış sayı: 2 677

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə