
azərbaycan respublikasının baş naziri əli əsədov türkmənistana işgüzar səfəri çərçivəsində dekabrın 11-də gürcüstanın baş naziri irakli kobaxidze ilə görüşüb.
arhd.media xəbər verir ki, bu barədə nazirlər kabineti məlumat yayıb.
ə.əsədov prezident ilham əliyevin salamlarını gürcüstanın baş nazirinə çatdırıb.
i.kobaxidze prezident ilham əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.
görüşdə azərbaycan-gürcüstan strateji tərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub.
iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran aktual məsələlərə xüsusi diqqət yetirilib.
























