şahin məhərrəm oğlu əliyev azərbaycan respublikası ədliyyə nazirliyinin ədliyyə akademiyasının rektoru vəzifəsindən azad edilib.
arhd.media president.az-a istinadən xəbər verir ki, bununla bağlı prezident ilham əliyev müvafiq sərəncam imzalayıb.
dövlət başçısının digər sərəncamı ilə rövşən rəhim oğlu ismayılov ədliyyə akademiyasının rektoru təyin edilib.
hər iki sərəncam imzalandığı gündən qüvvəyə minib.






















