almaniya kansleri fridrix merts dekabrın 9-da berlində ermənistanın baş naziri nikol paşinyanla azərbaycanla ermənistan arasında sülh prosesini müzakirə edəcək.


arhd.media  xəbər verir ki, bu barədə jurnalistlərə almaniya hökumətinin mətbuat katibinin müavini sebastyan hill məlumat verib.


"dekabrın 9-da, təxminən saat 16:00-da (bakı vaxtı ilə 19:00 - red.) almaniya kansleri ermənistanın baş naziri nikol paşinyanla görüşəcək. danışıqlarda ikitərəfli iqtisadi əməkdaşlıq, regional məsələlər və azərbaycanla ermənistan arasında sülh prosesi müzakirə olunacaq", - deyə hill bildirib.


onun sözlərinə görə, danışıqlardan sonra liderlərin birgə mətbuat konfransı planlaşdırılır.

Baxış sayı: 2 782

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə