baş nazir əli əsədov bu gün "rusiya dəmir yolları" asc-nin baş direktoru və idarə heyətinin sədri oleq belozyorov ilə görüşüb.
arhd.media xəbər verir ki, bu barədə nazirlər kabinetinin mətbuat xidməti məlumat yayıb.
görüş zamanı azərbaycan-rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
nəqliyyat və logistika sahəsində əməkdaşlığa, o cümlədən dəmir yolları arasında qarşılıqlı əlaqəyə xüsusi diqqət yetirilib.
regionun tranzit potensialının artırılması üçün birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd edilib. bu kontekstdə şimal-cənub beynəlxalq nəqliyyat dəhlizi boyunca infrastrukturun inkişafı üzrə işlərin eyni vaxtda aparılması və bu marşrut üzrə yükdaşımanın sabit artımının təmin edilməsinin zəruriliyi vurğulanıb.
görüşdə "azərbaycan dəmir yolları" qsc-nin sədri rövşən rüstəmov da iştirak edib.























