"d-8 media forumunun keçirilməsində məqsəd üzv dövlətlərin media subyektləri və media camiəsinin beynəlxalq və regional sahədə əməkdaşlığının inkişafına dəstək göstərməkdir".
arhd.media "report"a istinadən xəbər verir ki, bunu medianın inkişafı agentliyinin icraçı direktoru əhməd ismayılov bakıda keçirilən "dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusundakı d-8 media forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
onun sözlərinə görə, bu forum, həmçinin dezinformasiya və rəqəmsal mühitdə əməkdaşlığın daha da təkmilləşdirilməsi və qarşılıqlı əməkdaşlıq platformalarının yaradılması üçün də faydalıdır.
"forumda prezident ilham əliyevin tövsiyə və təşəbbüsü olan d-8 çərçivəsində media mükəmməllik mərkəzinin yaradılması da müzakirə olunur. günün sonuna qədər dövlət rəsmiləri və media ekspertlərinin bu xüsusda tövsiyələrinin həmin mərkəzin strateji planına daxil edilməsi istiqamətində işlər aparılacaq".
icraçı direktor bildirib ki, gələcəkdə bu kimi forumların keçirilməsi əlaqələrin inkişafı üçün faydalı olacaq:
"müzakirələr onu göstərir ki, bütün dövlətlər bu media forumunun keçirilməsini dəstəkləyir və bunun illik əsasda olması üçün müvafiq bəyanatla çıxış edəcəklər".























