bu gün azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin 34-cü ildönümüdür.


oxu.az xatırladır ki, 1991-ci il noyabr ayının 20-də xocavənd rayonunun qarakənd kəndinin yaxınlığında azərbaycana məxsus "mi-8" hərbi helikopteri erməni silahlı dəstələri tərəfindən vurulmaqla növbəti terror hadisəsi törədilib.


qarakənd faciəsindən 34 il ötür

 

helikopterin vurulması nəticəsində azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar.


 

həlak olanlar arasında dövlət katibi tofiq ismayılov, baş prokuror ismət qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri məhəmməd əsədov, millət vəkilləri vaqif cəfərov, vəli məmmədov, baş nazirin müavini zülfü hacıyev, prezident aparatının şöbə müdiri, jurnalist osman mirzəyev, qazaxıstan daxili işlər nazirinin müavini sanlal serikov, azərbaycan dövlət televiziyasının jurnalisti alı mustafayev də var. ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

1991-ci il noyabrın 20-də "mi-8" hərbi vertolyotunda həlak olanları bir daha xatırladırıq:


- tofiq kazım oğlu ismayılov - dövlət katibi;


- ismət ismayıl oğlu qayıbov - baş prokuror;


- məhəmməd nəbi oğlu əsədov - dövlət müşaviri;


- zülfi saleh oğlu hacıyev - baş nazirin müavini;


- vaqif cəfər oğlu cəfərov - millət vəkili;


- vəli hüseyn oğlu məmmədov - millət vəkili;


- osman mirzə hüseyn oğlu mirzəyev - prezident aparatında şöbə müdiri;


- qurban hüseyn oğlu namazəliyev - nazir müavini;


- iqor aleksandroviç plavski - keçmiş dağlıq qarabağ muxtar vilayətinin (dqmv) prokuroru;


- vladimir vladimiroviç kovalyov - dqmv daxili işlər idarəsinin rəisi;


- sergey semyonoviç ivanov - dağlıq qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi;


- nikolay vladimiroviç jinkin - fövqəladə vəziyyət rayonunun komendantı;


- sanlal dasumoviç serikov - qazaxıstan daxili işlər nazirinin müavini;


- mixail dmitriyeviç lukaşov - milis general-mayoru;


- oleq nikolayeviç koçerev - polkovnik-leytenant;


- rafiq məmməd oğlu məmmədov - dövlət katibinin köməkçisi;


- alı mustafa oğlu mustafayev - telejurnalist;


- arif ismayıl oğlu hüseynzadə - aztv-də işıqçı;


- fəxrəddin ibrahim oğlu şahbazov - videooperator;


- vyaçeslav vladimiroviç kotov - helikopter heyətinin komandiri;


- gennadi vladimiroviç domov - helikopter heyətinin üzvü;


- dmitri borisoviç yarovenko - helikopter heyətinin üzvü.

 

Baxış sayı: 2 273

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə