"avqustun 8-də vaşinqtonda sülh müqaviləsinin paraflanması cənubi qafqazın sülhə doğru irəliləməsinə fürsət yaradır".
arhd.media xəbər verir ki, bunu beynəlxalq münasibətlərin təhlili mərkəzi (bmtm) idarə heyətinin sədri fərid şəfiyev azərbaycan-abş beyin mərkəzlərinin 1-ci forumunda çıxışı zamanı deyib.
o, sözlərinə belə davam edib:
"ümid edirik ki, ermənistanın konstitusiyasında dəyişiklik ediləcək və uyğun şəraitdə azərbaycan-ermənistan sülh müqaviləsi imzalanacaq. 8 avqust görüşü həm də azərbaycan-abş əməkdaşlığı üçün yeni imkanlar açır. son 30 il ərzində bizim əməkdaşlığımız əsasən enerji sahəsində olub. lakin indi digər sahələrdə də tərəfdaşlıq üçün perspektivlər var".






















