pakistanın baş naziri məhəmməd şahbaz şərif 7-8 noyabrda azərbaycanda rəsmi səfərdə olacaq.
arhd.media xəbər verir ki, bu barədə pakistan xarici işlər nazirliyi (xin) məlumat yayıb.
qeyd olunub ki, azərbaycana səfəri zamanı şahbaz şərif vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak edəcək.
"səfər zamanı baş nazir zəfər günü münasibəti ilə rəsmi mərasimlərdə iştirak edəcək və azərbaycan prezidenti ilham əliyevlə görüşəcək. danışıqlarda əsas diqqət ikitərəfli münasibətlərin bütün spektrinin müzakirəsinə və ticarət, investisiya, enerji, müdafiə, təhsil və regional əməkdaşlıq daxil olmaqla müxtəlif sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi üçün yeni istiqamətlərin müəyyən edilməsinə yönələcək", - pakistan xin-in məlumatında bildirilir.






















