
üç gün əvvəl dövlət təhlükəsizliyi xidməti (dtx) tərəfindən həbs edilən balakən rayon icra hakimiyyətinin başçısı islam rzayevin yerinə müvəqqəti təyinat olub.
arhd.media "qafqazinfo"ya istinadən xəbər verir ki, icra başçısının səlahiyyətləri birinci müavin turan dibirova həvalə edilib.
bu barədə artıq rayon icra hakimiyyətinin kollektivi də məlumatlandırılıb.
qeyd edək ki, prezidentin sərəncamı ilə islam rzayev vəzifəsindən azad edilib.






















