istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilən azərbaycan vətəndaşı irandan ekstradisiya ediləcək.
arhd.media xəbər verir ki, bu barədə baş prokurorluğun mətbuat xidməti məlumat yayıb.
qeyd olunub ki, azərbaycan vətəndaşı ülvi rafik oğlu hüseynovun ekstradisiyası haqqında baş prokurorluğun vəsatəti iranın səlahiyyətli orqanları tərəfindən təmin edilib.
ülvi hüseynovun oğurluq cinayət əməli törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.
təqsirləndirilən şəxsin azərbaycana gətirilməsi məqsədilə ədliyyə nazirliyinin penitensiar xidməti tərəfindən zəruri tədbirlər görülür.























