azərbaycan prezidentinin köməkçisi - prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri hikmət hacıyev berlində almaniya xarici işlər nazirliyinin dövlət katibi qeza andreas von qayr ilə görüşüb.
arhd.media xəbər verir ki, bu barədə prezidentin köməkçisi "x" hesabında yazıb.
"biz almaniya xarici işlər nazirliyinin dövlət katibi qeza andreas von qayr ilə regional məsələləri, bölgədə sülhün möhkəmləndirilməsini və ikitərəfli gündəliyi, o cümlədən əlaqələrin inkişafına dair layihələri müzakirə etdik. azərbaycanın almaniya ilə həmişə dostluq və yaxşı münasibətləri olub", - h.hacıyev qeyd edib.























