


bakı, 3 oktyabr, arhd.media
azərbaycan respublikası hökuməti ilə türkiyə respublikası hökuməti arasında statistika sahəsində anlaşma memorandumu imzalanıb
türkiyənin paytaxtı ankara şəhərində keçirilən islam əməkdaşlıq təşkilatının statistika komissiyasının 14-cü sessiyası çərçivəsində oktyabrın 3-də türkiyə statistika institutunda dövlət statistika komitəsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
arhd.media xəbər verir ki, görüş çərçivəsində azərbaycan respublikası hökuməti ilə türkiyə respublikası hökuməti arasında statistika sahəsində anlaşma memorandumu imzalanıb. memorandumu dövlət statistika komitəsinin sədri tahir budaqov və türkiyə statistika institutunun prezidenti erhan çetinkaya imzalayıblar.
memorandumda nəzərdə tutulmuş işlərin həyata keçirilməsinin rəsmi statistika sahəsində ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsi və gücləndirilməsinə, statistik istehsal prosesində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə və statistikanın bir sıra sahələrində qabaqcıl təcrübənin qarşılıqlı mübadiləsinə töhfə verəcəyi qeyd olunub.






















