


kopenhagen, 2 oktyabr, arhd.media
kopenhagendə “avropa siyasi birliyi”nin 7-ci zirvə toplantısının açılış mərasimi keçirilib
azərbaycan prezidenti ilham əliyev tədbirdə iştirak edib
oktyabrın 2-də danimarkanın paytaxtı kopenhagen şəhərində “avropa siyasi birliyi”nin 7-ci zirvə toplantısının açılış mərasimi keçirilib.
arhd.media xəbər verir ki, azərbaycan respublikasının prezidenti ilham əliyev tədbirdə iştirak edib.
danimarkanın baş naziri mette frederiksen azərbaycan prezidenti ilham əliyevi, zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşıladı.
qeyd edək ki, “avropa siyasi birliyi”nin 7-ci zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak edirlər.
plenar iclaslarda və ondan sonra keçiriləcək dəyirmi masalarda avropadakı ümumi təhlükəsizlik vəziyyəti, rusiya-ukrayna müharibəsi, iqtisadi təhlükəsizlik, miqrasiya, ənənəvi və hibrid təhlükələr kimi mövzular müzakirə olunur.
“avropa siyasi birliyi” təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm avropa ittifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.






















