


kopenhagen, 2 oktyabr, arhd.media
azərbaycan prezidenti ilham əliyevin kopenhagendə italiya nazirlər şurasının sədri ilə görüşü olub
oktyabrın 2-də kopenhagendə “avropa siyasi birliyi”nin 7-ci zirvə toplantısı çərçivəsində azərbaycan respublikasının prezidenti ilham əliyevin italiya respublikası nazirlər şurasının sədri ciorcia meloni ilə görüşü olub.
arhd.media xəbər verir ki, görüşdə azərbaycanla italiya arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi bildirildi və bu xüsusda bir neçə gün əvvəl italiya prezidentinin azərbaycana uğurlu rəsmi səfəri, səfər çərçivəsində bakıda italiya-azərbaycan universitetinin ilk tədris korpuslarının açılışı qeyd olundu.
söhbət zamanı azərbaycan ilə italiyanın enerji sahəsində uğurlu əməkdaşlığına toxunuldu, ölkəmizin italiyanın enerji təhlükəsizliyinə töhfəsi vurğulandı. ölkələrimiz arasında investisiyalar, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu.






















