bakı, 30 sentyabr, arhd.media
prezident ilham əliyev: azərbaycan və italiya uzun illər etibarlı tərəfdaşlar kimi bir-birini dəstəkləyib
azərbaycan nefti italiyanın neft balansında birinci yerdədir, azərbaycan qazı ikinci yerdədir. yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir.
arhd.media xəbər verir ki, bu sözləri prezident ilham əliyev italiya prezidenti sercio mattarella ilə mətbuata bəyanatında söyləyib.
biz uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.






















