bakı, 25 sentyabr, arhd.media
azərbaycan prezidenti: biz həm müharibəni udduq, həm də sülhü qazandıq
azərbaycan yeni bir dövrə qədəm qoyub.
arhd.media xəbər verir ki, bu barədə azərbaycan prezidenti ilham əliyev bmt baş assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı bildirib.
dövlətimizin başçısı qeyd edib: “biz həm müharibəni udduq, həm də sülhü qazandıq. işğala son qoyduq və bərpa işlərinə başladıq. ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq”.






















