bakı, 8 sentyabr, arhd.media
italiya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
iqtisadiyyat naziri mikayıl cabbarov italiyanın şirkətlər və "made in italy" naziri adolfo urso ilə videokonfrans formatında görüşüb.
arhd.media nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə azərbaycan və italiya arasında dostluq və strateji tərəfdaşlıq çərçivəsində iqtisadi əlaqələrin davamlı şəkildə inkişaf etdiyi vurğulanıb.
italiyanın azərbaycanın əsas ticarət tərəfdaşı olduğu qeyd olunub, enerji sahəsindəki əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. ölkəmizdə formalaşan cəlbedici investisiya mühitinin tərəfdaşlığın genişlənməsinə stimul verdiyi diqqətə çatdırılıb.
tərəflər iqtisadi əlaqələrin daha da gücləndirilməsi məqsədilə qarşılıqlı investisiyaların təşviqi və birgə layihələrin reallaşdırılması üzrə perspektivləri müzakirə ediblər. görüşdə enerji, sənaye, innovasiya, ticarət və digər prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi və yeni işbirliyi imkanları ətrafında fikir mübadiləsi aparılıb.























