

tiencin, 1 sentyabr, arhd.media
prezident ilham əliyev tiencində asiya infrastruktur investisiya bankının prezidenti ilə görüşüb
azərbaycan respublikasının prezidenti ilham əliyev sentyabrın 1-də çinin tiencin şəhərində asiya infrastruktur investisiya bankının prezidenti cin liqun ilə görüşüb.
arhd.media xəbər verir ki, görüşdə azərbaycanla asiya infrastruktur investisiya bankı arasında əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olundu, bankın ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən yaşıl enerji sahəsində uğurlu əməkdaşlığı qeyd edildi.
söhbət zamanı orta dəhliz, metro tikintisi, su, yaşıl enerji ilə bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olundu.
sonda strateji əməkdaşlıq üzrə imzalanmış birgə bəyannamə dövlətimizin başçısının və bankın prezidentinin iştirakı ilə mübadilə edildi.























