kəlbəcər, 21 avqust, arhd.media
prezident ilham əliyev və birinci xanım mehriban əliyeva toğanalı-kəlbəcər-istisu avtomobil yolunda görülən işlərlə tanış olublar
avqustun 21-də azərbaycan respublikasının prezidenti ilham əliyev və birinci xanım mehriban əliyeva toğanalı-kəlbəcər-istisu avtomobil yolunda görülən işlərlə tanış olublar.
arhd.media xəbər verir ki, dövlətimizin başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan murovdağ tunelinin texniki açılışını edib.





















