



ankara, 13 avqust, arhd.media
türkiyə və suriya müdafiə sektorunda təlim və məsləhətləşmələr sahəsində əməkdaşlıq haqqında razılıq əldə ediblər.
türkiyənin milli müdafiə nazirliyindən arhd.media-a bildirilib ki, müvafiq anlaşma memorandumu çərşənbə günü, avqustun 13-də ankarada türkiyənin müdafiə naziri yaşar gülerin və suriyanın müdafiə naziri murhaf əbu kasranın iştirak etdiyi mərasimdə imzalanıb.
suriya müdafiə nazirliyinin rəhbəri xarici işlər naziri əsəd həsən əl-şibani və baş kəşfiyyat idarəsinin rəisi hüseyn əl-selemin də daxil olduğu rəsmi nümayəndə heyətinin tərkibində ankaradadır.
görüş iştirakçıları ikitərəfli əlaqələri, həmçinin regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.























