prezidentin mətbuat xidmətinin məlumatı
avqustun 11-də iordaniyanın kralı əlahəzrət ii abdullah ibn al hüseyn azərbaycan respublikasının prezidenti ilham əliyevə zəng edib.
iordaniya kralı vaşinqtonda azərbaycanla ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi və əldə olunmuş tarixi nəticələr ilə əlaqədar dövlətimizin başçısına və azərbaycan xalqına təbriklərini çatdırıb, bu razılaşmaların regionda davamlı sülhün, təhlükəsizliyin və hərtərəfli əməkdaşlığın təmin olunmasına xidmət edəcəyinə ümidvarlığını bildirib.
dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını ifadə edərək, abş prezidenti donald trampın şahidliyi ilə azərbaycanla ermənistan arasında imzalanmış birgə bəyannamənin, həmçinin sülh və dövlətlərarası münasibətlərin yaradılmasına dair sazişin paraflanmasının və digər sənədlərin regionda sülhün təmin olunması baxımından vacibliyini vurğulayıb. prezident ilham əliyev azərbaycanla ermənistan arasında münasibətlərin normallaşdırılmasında amerika birləşmiş ştatlarının prezidenti donald trampın xüsusi rolunu qeyd edib.
telefon danışığı zamanı azərbaycanla iordaniya arasında ikitərəfli münasibətlərə toxunulub, siyasi əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.






















