vyana, 10 avqust, arhd.media
polşa xin: tarixi bəyannaməni məmnuniyyətlə alqışlayırıq
azərbaycan və ermənistan liderləri tərəfindən razılaşdırılmış tarixi bəyannaməni məmnuniyyətlə alqışlayırıq.
arhd.media xəbər verir ki, bu barədə polşa xarici işlər nazirliyinin “x“ sosial şəbəkəsindəki paylaşımında bildirilir.
paylaşımda həmçinin qeyd edilir ki, abş-ın dəyərli dəstəyi ilə əldə olunmuş bu razılaşma bölgədə suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında sabitlik və davamlı sülhün yolunu açır.























