28.07.2025 arhd.media
ermənistan və azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını dəstəkləyirik – iran xin
cənubi qafqazla bağlı mövqeyimiz dəyişməyib.
arhd.media xəbər verir ki, bunu iran xarici işlər nazirliyinin sözçüsü ismayıl bəqai jurnalistlərə açıqlamasında deyib.
bəqai cənubi qafqazdakı proseslər və iranın mövqeyində guya dəyişiklik olması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:
“bizim mövqeyimizdə heç bir dəyişiklik olmayıb. ermənistan və azərbaycan arasında sülh və münaqişənin həlli ilə bağlı müqavilənin imzalanmasını dəstəkləyirik və tərəfləri buna təşviq edirik.”
o bildirib ki, iran hər zaman nəqliyyat yollarının inkişafını dəstəkləyib, lakin bu cür layihələr bölgənin geosiyasi xəritəsini dəyişdirməməlidir.
bundan başqa, iran xin rəhbəri bölgəyə qeyri-regional aktorların müdaxiləsini təhlükəli saydıqlarını və bu barədə konsensusun mövcud olduğunu qeyd edib.























