


qahirə, 24 iyul, arhd.media
islam əməkdaşlıq təşkilatının baş katibi azərbaycana dəvət edilib
azərbaycanın səudiyyə ərəbistanındakı səfiri və islam əməkdaşlıq təşkilatı (iət) yanında daimi nümayəndəsi şahin abdullayev prezident ilham əliyevin dəvət məktubunu iət-in baş katibi hissein brahim tahaya təqdim edib.
arhd.media xəbər verir ki, baş katib dəvət məktubunu məmnuniyyətlə qəbul edib və 2026-cı ildə 13-cü ümumdünya şəhərsalma forumu (wuf13) kimi qlobal xarakterli tədbirə dəvət aldığı üçün azərbaycan prezidentinə təşəkkürünü bildirib.























