buxarest, 21 iyul, arhd.media





rumıniya və bolqarıstan portalları: prezident ilham əliyev rusiyadan təyyarə qəzasını rəsmi olaraq etiraf etməyi tələb edir


azərbaycan prezidenti ilham əliyev 2024-cü ilin dekabrında baş vermiş təyyarə qəzası ilə bağlı rusiya federasiyasından rəsmi etiraf tələb edib.

arhd.media xəbər verir ki, bu barədə rumıniyanın və bolqarıstanın nüfuzlu media orqanlarının yaydığı məlumatlarda bildirilib. qeyd olunur ki, prezident bu barədə şuşa şəhərində keçirilən iii qlobal media forumunda çıxışı zamanı danışıb.

rumıniyanın “evenimentul zilei”, “mediafax” media orqanları, o cümlədən agepres milli xəbər agentliyi, həmçinin, bolqarıstanın bta xəbər agentliyi, “24 chasa” və digər nəşrləri bildirirlər ki, dövlət başçısı rusiyanın azərbaycanın sərnişin təyyarəsini vurduğunu rəsmi şəkildə qəbul etməsini vacib hesab edir.

rumıniya və bolqarıstan mətbuatı bu hadisəni geniş şəkildə işıqlandırmaqla yanaşı, prezident ilham əliyevin çıxışını regionda təhlükəsizlik və beynəlxalq hüquq baxımından vacib çağırış kimi qiymətləndirir.

Baxış sayı: 7 664

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə