tbilisi, 20 iyul, arhd.media
gürcüstan-rusiya sərhədində 4,2 bal gücündə zəlzələ olub
iyulun 20-də gürcüstan-rusiya sərhədindən 26 kilometr aralıda inquşetiyada 4,2 bal gücündə zəlzələ olub.
arhd.media xəbər verir ki, bu barədə gürcüstan milli seysmoloji xidmət mərkəzi məlumat yayıb.
bildirilib ki, zəlzələ tbilisi vaxtı ilə saat 16:20-də qeydə alınıb.
yeraltı təkanlar gürcüstanın sərhədboyu ərazilərində güclü, paytaxt tbilisidə isə zəif hiss olunub.
























